“Kəpəz” Futbol Akademiyasının 17 yaşlılardan ibarət komandasının 2 üzvü – Turan Salahlı və Fərda Məmmədzadə AFFA U-17 Liqasının I turunun rəmzi “11-liy”inə düşüb.
Presssport.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən futbolçular I turda səfərdə “Araz-Naxçıvan” üzərində qazanılan 3:0 hesablı qələbədə əsas pay sahibi olublar. Həmin oyunda Fərda Məmmədzadə iki qol vurub, Turan isə müdafiədə inamlı təsir bağışlayıb.
AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi çempionatlarda futbolçuların texniki göstəriciləri “Eyeball” platforması vasitəsilə qeydə alınır. Məhz “Eyeball” platformasının köməkliyi ilə cari mövsümdən etibarən U-19 və U-17 Liqalarında turun ən yaxşı 11 futbolçusundan ibarət rəmzi komanda formalaşdırılır.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC