Bakıda keçiriləcək “Turan Tovuz” və Türkiyənin “Fənərbaxça” klubları arasındakı yoldaşlıq oyunu üçün bilet satışı davam edir.
Presssport.az xəbər verir ki, hazırda 16 500 bilet satılıb.
Bu haqda Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu 31 mindən bir qədər çox tamaşaçı tutumuna malikdi. Göründüyü kimi, matça hələ 1 həftəyə yaxın vaxt olsa da, satışa çıxarılan biletlərin yarıdan çoxu artıq satılıb.
Xatırladaq ki, “Turan Tovuz” – “Fənərbaxça” matçı oktyabrın 3-də saat 20:00-da keçiriləcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC