Mahir Emreli millimizdə qol həsrətinə son qoyub.
Presssport.az xəbər verir ki, 29 yaşlı hücumçu ölkənin əsas komandasında növbəti - 6-cı qolunu 4 ildən artıq gözləməli olub.
Bu, UEFA Millətlər Liqasının D Liqasında Litva yığmasıyla səfər matçında reallaşıb. Belə ki, Mahir Kaunasdakı görüşün 14-cü dəqiqəsində hesabı bərabələşdirərək, eyni zamanda son nöqtəni qoyub - 1:1.
Emreli millidə bunadək son qolunu 4 il - 51 ay, 1567 gün əvvəl vurmuşdu. Maraqlıdı ki, onda da o, UEFA Millətlər Liqasında oyunda - postsovet məkanı təmsilçisiylə qarşılaşmada son nöqtəni qoymuşdu. Sadəcə, onda evdə - Mərdəkanda Belarusu məğlub etmişdik və həmin vaxt millimizi italiyalı Canni de Byazi çalışdırırdı. Göründüyü kimi, Emreli portuqaliyalı baş məşqçi Fernandu Santuşun dönəmində qol vurmaq nəsib olmadı.
Mahir Emrelinin millidəki qolları:
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC