“Kəpəz” PFK və “Gəncə Park Residence” arasında sponsorluq müqaviləsi imzalanıb🤝

“Kəpəz” Peşəkar Futbol Klubu (PFK) ilə “Gəncə Park Residence” Mənzil-Tikinti Kooperativi arasında sponsorluq müqaviləsi imzalanıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləyə əsasən, 2026/27 futbol mövsümü ərzində “Kəpəz”in oyun formasının arxa hissəsində “Gəncə Park Residence”ə məxsus “Gəncə Park City” brendinin loqosu yer alacaq. 

Əməkdaşlıq çərçivəsində tərəflər klubun ev oyunları zamanı birgə marketinq layihələri və müxtəlif tanıtım tədbirləri də həyata keçirəcək.

“Kəpəz” PFK ilə “Gəncə Park Residence” arasında imzalanan müqavilənin müddəti 2026/27 futbol mövsümünün sonuna qədər nəzərdə tutulub.

Gəncənin ən böyük parkı olan Heydər Əliyev Parkının yaxınlığında yerləşən “Gəncə Park City” müasir yaşayış konsepsiyasını özündə birləşdirən kompleksdir. Layihə şəhər həyatının rahatlığı ilə təbiətin gözəlliyini bir araya gətirir. Kompleks əlverişli yerləşməsi, dağlara panoram mənzərəsi və sakinlər üçün yaradılması nəzərdə tutulan müasir infrastrukturu ilə seçilir.

“Gəncə Park City”də sakinlərin rahatlığı və gündəlik ehtiyaclarının qarşılanması üçün ticarət mərkəzi, supermarket, kafe, hovuzlu fitnes-klub, özəl uşaq bağçası, məktəb və uşaq oyun meydançalarının yaradılması planlaşdırılır.

“Şəhər içində şəhər” konsepsiyası əsasında hazırlanan layihədə rahat yaşayış, istirahət və aktiv həyat üçün geniş imkanların yaradılması nəzərdə tutulub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC