Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olub.
Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
“Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüş çərçivəsində əvvəlcə qonaqlar təlim-məşq bazası ilə tanış olub.
Daha sonra Anatoli Banişevski adına iclas otağında şagirdlərə “Neftçi” PFK haqqında məlumat verilib, klubun zəngin tarixinə həsr olunmuş video-süjet nümayiş etdirilib.
Görüşün daha əyləncəli hissəsində uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif oyunlarda iştirak edib.
Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin şagirdləri komandamızın məşqini də izləyiblər. Hazırlıq prosesinin bir hissəsində isə onlar meydana çıxaraq futbolçularla birlikdə futbol oynamaq imkanı əldə edib.
Görüşün sonunda qonaqlara “Neftçi” PFK tərəfindən xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC