Azərbaycan milli komandası UEFA Millətlər Liqası D2 qrupunun oyunu çərçivəsində sabah Bakıda Litva yığmasını qəbul edəcək.
Presssport.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Litva da, biz də bir-birimizi yaxşı tanıyırıq. Əzmkar komandaya qarşı oynayacağıq. Bəzi futbolçular 90 dəqiqə meydanda oldu. Ardıcıl 4-cü oyunumuza çıxırıq. Futbolçularla söhbətimiz oldu. Təəssüf ki, son matçda qələbə qazana bilmədik. O matçdan daha yaxşı çıxış etmək məcburiyyətindəyik. Futbolçularıma inanıram. Lixtenşteynlə qarşılaşmanı unudub, Litvaya qarşı mübariz oynamalıyıq. Azarkeşlərimizi sevindirmək istəyirik.
- Tənqidlər çoxdur. Futbolçularla nə danışırsız?
- Millidə oynamaq, çalışmaq böyük təzyiqdi və bunlara tab gətirməlisən. Oyundan dərhal sonra futbolçularla təkbətək söhbətlərimiz oldu. Bəzi oyunçular var ki, burdakı təzyiqi hiss edir və klubdakı qədər rahat çıxış edə bilmir. Həmin futbolçulara baxsaq, milli karyeraları təzə-təzə başlayır. Onlara vaxt lazımdı. Təcrübəli oyunçularımız da var. Milli bu cür vəziyyətlərə düşüb. İnanırıq, bundan da çətin vəziyyətdə komanda toparlanmışdı. Bir oyunla hər şey bitmir. Bu oyunlar bizə çox şey verir. İstəyirik ki, qrup lideri olaq. Gələn tsikldə C Liqası tam başqa cür keçiriləcək. Güclü rəqiblər daha çox olacaq. Komanda formalaşdırmaq üçün hansısa yolu keçməlisən, futbolçuları tanımalısan. Hər gün bizim üçün yenilik və sınaqdı. Bunlar hamısı bizim üçün təcrübədi.
- Malta və San-Marinonu uda bilməyəndə milli siqnal verirdi ki, Litva və Lixtenşteyni uda bilməyəcəyik?
- Orda oyunlardan öncə media nümayəndələri ilə bərabər idik. Suallar olurdu ki, Litva və Lixtenşteynin yer aldığı qrupda çətin olacaq? Demişdim ki, çətin olacaq. Malta ilə görüşdə epizodlarımız var idi, dəyərləndirə bilmədik. Eyni ssenari Lixtenşteynlə görüşdə oldu. San-Marino və Tacikistana qalib gəldik, amma məmnun olmadıq. Həm yaxşı oyun, həm böyük hesablı qalibiyyət istəyirik. Azarkeşlər haqlıdı. Bu gün öz gücümüzü tam qəbul etmirik. Bəhanə kimi demirəm, hücum xəttində Mahir Emreli və Musa Qurbanlıdı. Komanda olaraq Mahirə köklənmişik. Futbolçularımız az oynayır. Klubdakı qol duyumları azdır. Tam ideal formada deyillər. Bu da istər-istəməz komandaya təsir edir. Bu çətinliklərin içərisində təslim olmamalıyıq.
- Nəzərə alsaq ki, futbolçularımız oynamır, legioner limiti də yoxdur. Qarşıdakı tsikllər də bu cür davam edəcək?
- Tək limiti bəhanə etməyək. Rüfət Abbasovu qeyd edə bilərik ki, öz klubunda rəqabətdə legioner futbolçunu qabaqlayır. Klublarda verilən şansları düzgün dəyərləndirmək lazımdı. İddialı klublarda rəqabət aparmaq daha çətindir. Bizi sevindirən odur ki, Renat yeni kluba getdi. Gedəndən mütəmadi oynamağa başlayıb. Onun Ukraynada yaxşı oynaması birbaşa milliyə təsir edəcək. Mahir oynayır, klublarımızda oynayanlar var. Digərləri də rəqabətdə udmalıdırlar. Çıxış yolumuz futbolçuların daha yaxşı formada olmasıdır.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC