“Turan Tovuz” və “Fənərrbaxça” klublarının üzvləri, qarşılaşma öncəsi təşkil olunan şam yeməyində bir araya gəlib.
Presssport.az xəbər verir ki, məclisdə Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev Qarabağ müharibəsində şəhid olan "Fənərbaxça" azarkeşi İlqar Zeynallını yad edib.
Belə ki, İlqarın döyüşə getməzdən əvvəl dediyi son söz xatırlanıb: “Fənərbaxça" çempion olarsa, məni də yad edərsiniz".
Bu yerdə bildirək ki, “Fənər” son dəfə 2014-cü ildə Türkiyə çempionu olub.
Xatırladaq ki, adıçəkilən komandalar arasında dostluq matçı bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC