İzdiham "Qarabağ"ın tədbirini yarımçıq dayandırdı

Bu gün "Qarabağ”ın Park Bulvar AVM-də yerləşən fan-şopunda futbolçularla birlikdə keçirilən imza mərasimi sonadək baş tutmayıb.

Presssport.az xəbər verir ki, tədbirdə Ağdam klubunun futbolçularından Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina iştirak edib.

Futbolçularla görüşə gözləniləndən daha çox azarkeş toplaşıb. Nəticədə futbolçulat 2 dəfə fasilələrlə forma imzalasalar da, izdihamın qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən də tədbir yarımçıq dayandırılıb.

Xatırladaq ki, imza mərasiminin saat 18:30-da başlayaraq 2 saat davam etməsi nəzərdə tutulmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC