Yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Presssport.az-a verilən məlumata görə, “Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunan yarışda, ümummillikdə 48 nəfər həvəskar idmançı bacarığını göstərib.

Beynəlxalq dərəcəli və respublika səviyyəli hakimlərin idarə etdiyi turnirdə oğlanlar arasında Ziya Mürşüdlü 1-ci, Səid Süleymanzadə 2-ci, İsmayıl Məmmədovla Musa İsmayılov 3-cü yeri tutub.

Qızların mübarizəsində Aynur Ağayeva qalib gəlib. Leyli Məmmədova 2-ci, Mələk Əhmədzadə ilə Sürəyya Quluzadə 3-cü olub.

Turnir bağlanış tədbiri və mükafatlandırma ilə başa çatıb, qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Onu da bildirək ki yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verilməsi idi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC