AVRO-2024: 1/4 final erkən finalla başlayır, Fransanın revanş almaq şansı

Almaniyada təşkil olunan AVRO-2024-də bu gün 1/4 final oyunlarına start veriləcək.

Presssport.az xəbər verir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək. Erkən final kimi xarakterizə olunan bu görüşdə çempionluğa əsas favoritlərin dueli olacaq. 

Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri münasibətlərini ayırd edəcək. Onlar AVRO-2016-də də rəqib olmuşdu və finaldakı həmin matçdan 1:0 hesabıyla qalib ayrılan portuqallar tarixlərində ilk dəfə Avropa çempionu olmuşdu. İndi fransızların revanş almaq şansı var. 

Xatırladaq 1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.

5 iyul

20:00. İspaniya - Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart. "MHP Arena".

23:00. Portuqaliya - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq. “Folksparkştadion".

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC