"İspaniyayla final yox, 1/4 final görüşüdü və yarımfinalda yer alan komandalardan biri olmaq istəyirik" - Naqelsmann

“Şübhəsiz ki, bu, ən vacib qarşılaşmalardan biridi. Lakin hazırlığımız əvvəlki oyunlardakl kimidi. Hər şey olduğu kimi qalır. Bu, final yox, 1/4 final görüşüdü və yarımfinalda yer alan komandalardan biri olmaq istəyirik. İspaniya da çempion olmaq istəyir. Buna görə də çətin oyun olacaq”.

Presssport.az xəbər verir ki, bu sözləri Almaniya milliisinin baş məşqçisi Yulian Naqelsmann İspaniya millisiylə bu gün keçiriləcək AVRO-2024-ün 1/4 final oyunu haqda danışarkən deyib. 36 yaşlı almaniyalı mütəxəssis matçla bağlı təşkil edilən mətbuat konfransında həmçinin 

hər 2 komandanın topla yaxşı oynadığını və yaxşı pressinq etediyini vurğulayıb: "Hər ikisi rəqiblərinə təzyiq göstərə bilər. Təkbətək vəziyyətlərdə daha yaxşı oynamaq vacib olacaq”.

Naqelsmann hazırlıqları tam başa çatdığını ümid edir: “Kimin əsas heyətdə oynayacağını müəyyənləşdirmişik. Dünən çoxlu fərdi söhbət etdik, çoxlu videoya baxdıq. Yaxşı hazırlaşmışıq və əminik ki, gözəl oyun göstərə biləcəyik”.

Qeyd edək ki, İspaniya - Almaniya oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC