Daha bir parataekvondoçumuz Koreya Açıq Beynəlxalq Turnirində finala yüksəlib

Azərbaycanın daha bir parataekvondoçusu Çxunçxon şəhərində keçirilən Koreya Açıq Beynəlxalq Turnirində finala yüksəlib.

Presssport.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan İmaməddin Xəlilov 1/8 finalda qazaxıstanlı rəqibini yenib.

İdmançımız 1/4 finalda və yarımfinalda özbəkistanlı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Xatırladaq ki, bunadək digər parataekvondoçumuz Sabir Zeynalov həmin turnirdə finala yüksəlib.


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC