Montella UEFA-nın qərarını səhv və ədalətsiz sayır: "Bizə motivasiya verəcək"

Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montella UEFA-nın 2 oyunluq cəza verdiyi futbolçusu Merih Demiral haqda danışıb.

Presssport.az xəbər verir ki, italiyalı mütəxəssis 26 yaşlı müdafiəçiyə verilən cəzanın haqsızlıq olduğunu söyləyi:b

"Qərar ədalətsizdi. Merihlə danışdım. Bu simvol siyasi deyil. Bizim tarixin, türklüyün simvoludu. Bizə haqsızlıq edildi. Ancaq bizə heç bir mənfi təsiri olmayacaq. Əksinə, motivasiya verəcək, əlavə güc qatacaq. UEFA səhv qərar verdi".

Xatırladaq ki, Demiral AVRO-2024-ün 1/8 finalında Avstriya yığması ilə oyununda "bozqurd" işarəsi göstərdiyi üçün UEFA ona 2 oyunluq cəza verib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC