Zaur Axundov Naxçıvan Futbol Federasiyasının yeni sədri seçilib

Bu gün Naxçıvan Futbol Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. 

Presssport.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən futbol ictimaiyyətinin nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Federasiyanın ötən seçki müddətindəki fəaliyyəti haqda məlumat verilib, daha sonra federasiya sədri postuna seçki keçirilib. Zaur Axundov yeganə namizəd olub və yekdilliklə qurumun sədri seçilib.
Məlumat üçün qeyd edək ki, 1973-cü ildə Naxçıvan şəhərində anadan olan Zaur Axundov 2004-cü ildə “Araz-Naxçıvan” futzal klubunu yaradıb. Milli komandanın bazası hesab edilən klub ardıcıl bir neçə dəfə ölkə çempionu olub. Z. Axundov 2008-ci ildə Azərbaycan Futzal Federasiyasının prezidenti seçilir. Bundan sonra futzal üzrə Azərbaycan millisi və ölkə çempionu “Araz-Naxçıvan” qitəmiqyaslı yarışlarda uğurlu nəticələr qazanır. Belə ki, milli komandamız 2010-cu ildə Avropa çempionatının final mərhələsində debüt edir və yekundə dördüncü pilləni tutur. Həmin il “Araz-Naxçıvan” ovaxtkı adı ilə UEFA kubokunda bürünc medal qazanmaqla ilkə imza atır. Ümumiyyətlə, arxada qalan illərdə futzal üzrə Azərbaycan millisi 6 dəfə Avropa, bir dəfə isə dünya çempionatının final mərhələsində iştirak edib. Hətta mundialı komandamız 5-ci pillədə başa vurub. “Araz-Naxçıvan” isə 2014-cü ildə növbəti dəfə UEFA kubokunun bürünc medallarına sahib olub. Yeri gəlmişkən, həmin il “Dördlər finalı” Bakıda təşkil olunub.
Z. Axundov 2016-cı ildən 2024-cü ilə qədər AFFA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.
O, 2017-ci ildə “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib və 2022-ci ilin iyun ayına qədər bu vəzifəni icra edib. Komanda onun dövründə 2 dəfə Azərbaycan kubokunu və Premyer Liqanın bürünc medallarını qazanıb.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC