""Sabah" Sloveniya toplanışına qələbəylə başladı

"Sabah" Sloveniya təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Pressport.az xəbər verir ki, Masazır təmsilçisi yerli "Koper" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Krunoslav Renduliçin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah"ın heyətində yarımmüdafiəçi Abdulla Xaybullayev fərqlənib.

Xatırladaq ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək Masazır təmsilçisi II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşacaq.

İlk görüş iyulun 25-də Macarıstanda olacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC