"Sabah"ın İçərişəhərdə fan-şopu açıldı

Bu gün “Sabah” Futbol Klubunun İçərişəhərdə yerləşən azarkeş mağazasının (fan-şop) açılış mərasimi baş tutub.

Presssport.az xəbər verir ki, tədbir klubun əməkdaşlıq etdiyi sponsorlarından olan “Costa Coffee”də baş tutub. 

Açılış mərasimində klub, AFFA, PFL rəsmiləri, media nümayəndələri və qonaqlar iştirak edib.

“Costa Coffee”nin baş direktoru Emin Sultanov, “Sabah”ın icraçı direktoru Pərvin Piriyev qonaqları salamlayıb, tədbirlə bağlı fikirlərini bölüşüb.

Masazır təmsilçisinin azarkeşləri fan-şopda klubun futbol və basketbol komandalarına məxsus formaları, müxtəlif aksesuarları əldə edə bilər, həmçinin "Coffee Costa"nın ləziz içkilərindən dada bilər.

Xatırladaq ki, "Sabah"ın 2023-cü ilin avqustunda fəaliyyətə başladığı "Fan store" "Bank Respublika Arena"nın ərazisində yerləşir. Həmin mağazada komandanın orijinal idman geyimləri, toplar, klubun atributları və müxtəlif aksessuarlar satışdadı. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC