AVRO-2024: İngiltərə də yarımfinala penaltilər seriyasında çıxdı

Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında İngiltərə - İsveçrə matçının qalibi penaltilər seriyasında müəyyənləşib.

Presssport.a xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşan matçın penaltilər seriyasında ingilislər üstün olub - 5:3.

Oyunun əsas vaxtında İsveçrə millisinin jücumşusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə sağ cinah yarımmüdafiəçisi Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Xatırladaq ki, İngiltərə yığması yarımfinalda Niderland - Türkiyə matçının qalibi ilə görüşəcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC