"Sumqayıt"ın ilk legioner trasnferi sabiq "Botafoqo"lu oldu

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Presssport.az "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klub son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalayıb.

28 yaşlı braziliyalı yarımmüdafiəçi yeni klubunda “11 nömrəli forma”da çıxış edəcək.

Braziliyanın “Santos” klubunun yetirməsi olan Medeiros karyerası ərzində “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense” kimi komandaların şərəfini qoruyub.

Xatırladaq ki, Konfrans Liqasında çıxış edəcək "Sumqayıt"ın bu, yay fasiləsində ilk əcnəbi transferidi. Bunadək yalnız millimizin sabiq yarımmüdafiəçisi Rəhim Sadıxov qaytarılmışdı. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC