Sərbəst gülşilərimiz Avropa çempionatının son günündə 3 gümüş, 1 bürünc medal qazanıb

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.

Presssport.az xəbər verir ki, sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Camal Abbasov (57 kq) finalda rusiyalı Andrey Midlovetslə qarşılaşıb. Həmyerlimiz ilk hissəni minimal fərqlə öndə tamamlasa da, ikinci hissədə fiziki göstəriciləriylə seçilən rəqib daha yaxşı güləşib. Yekunda 1:6 hesabıyla məğlub olan Camal gümüş medalla kifayətlənib.

Sadiq Mustafazadə (86 kq) finalda rusiyalı İbrahim Kadiyevlə güləşib. Milli üzvü güclü rəqibinə 1:9 hesabıyla məğlub olub və yarışı 2-ci pillədə başa vurub.

Anar Cəfərli (97 kq) finalda rusiyalı Mustafaqadji Malaxdibirovla üz-üzə gəlib. Görüşə Anar yaxşı başlasa da, rəqibin silsiləvi “xaç” fəndindən xilas ola bilməyib. Belədə Anar da gümüş medalı boyundan asıb.

Yusif Dursunov (125 kq) təsəlliverici görüşdə italiyalı Martino Pilieroya “tuş”la qalib gəlib. Həmyerlimiz bürünc medal uğrunda ukraynalı İvan Miroşniçenkoyla gərgin mübarizədə sevinən tərəf olub – 3:2. Beləliklə, Dursunov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC