3x3 basketbol millimizin oyunlarının təqvimi açıqlanıb

Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Dünya Seriyasının Bordo mərhələsində iştirak edəcək Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, yığmamız ilk görüşünü iyulun 9-da, Bakı vaxtı ilə saat 21:30-da İrlandiya, Avstriya və "Bordo Ballistik" komandalarının yer aldığı qrupun qalibi ilə keçirəcək.

Növbəti rəqib isə İspaniya yığması olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə 23:15-də start götürəcək.

Onu da bildirək ki, qruplarda ilk iki pilləni tutan komandalar 1/4 finala vəsiqə qazanacaq. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC