Şahruddinin müqaviləsini pozduğu sabiq klubunun yeni baş məşqçisi müəyyənləşib

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin sabiq klubu "Adana Dəmirspor"un yeni baş məşqçisi müəyyənləşib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə Super Liqa təmsilçisi avstraliyalı Maykl Valkanislə anlaşıb.

49 yaşlı çalışdırıcı ilə "1+1" illik müqavilə imzalanıb. Valkanis son olaraq "Ayaks"da məşqçi işləyib.

Adanalıları son olaraq təcübəli türkiyəli mütəxəssis Hikmət Karaman çalışdırıb.

Xatırladaq ki, Şahruddin keçən mövsüm şərəfini qoruduğu klubla müqaviləsini pozaraq ayrılıb. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC