"Araz-Naxçıvan" Portuqaliyadan futbolçu transfer etdi - RƏSMİ

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.

Presssport.az xəbər verir ki, Bernardo Oliveira Dias “Benny” 2024-2025-ci il mövsümünü “qırmızı-ağlar”ın heyətində keçirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində "Uniao Torreense"nin formasını geyinib.  

Benny buna qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.

Xatırladaq ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə,  Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC