"Zirə"nin rəqibindən II Divizion klubuna keçdi

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Şerif”dən daha bir bir futbolçu gedişi baş tutub.

Presssport.az xəbər verir ki, braziliyalı müdafiəçi Rodriqo dos Santos de Freitas Moldova klubundan Portuqaliyanın II Divizion təmsilçisi "Mafra"ya keçib.

Transferi həmin klubun rəsmi saytı açıqlayıb.

Xatırladaq ki, 26 yaşlı de Freitas qışda Braziliyanın “Şapekoense” klubundan Tiraspol təmsilçisinə keçib. O, keçən mövsüm “Şerif”in heyətində 10 oyun keçirərək qol hesabını açmayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC