Rüstəm Əfsərli "Neftçi"yə qayıtdı

Rüstəm Əfsərli “Neftçi”nin PFK-nın Media üzrə koordinatoru vəzifəsinə təyin edilib.

Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb: "Azərbaycanın ən yaxşı idman jurnalistlərindən biri olan Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadır. 2015-ci ildən etibarən isə o, “CBC Sport” kanalında çalışıb. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə “İlin ən yaxşı şərhçisi” mükafatını qazanıb.

Uşaqlıqdan “Neftçi” azarkeşi olan və bunu müsahibələrində də gizlətməyən Rüstəm Əfsərlini yenidən böyük “Neftçi” ailəsinin bir parçası olması münasibəti ilə təbrik edirik! Evinə xoş gəlmisən!".

Xatırladaq ki, 37 yaşlı Əfsərli 2017-ci ildə 4 ay "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC