"Qarabağ" almanlara məğlub olub

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama matçını keçirib.

Presssport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Almaniyanın "Kayzerslautern" klubu ilə qarşılaşıb.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

II Bundesliqa təmsilçisindən Yannis Heuer (23-cü dəqiqə), Marlon Ritter (39) və Boris Tomyak (47) fərqlənib. Ağdam klubundan 70-ci dəqiqədə müdafiəçi Elvin Cəfərquliyev rəqib qapısına yol tapıb. Onu da bildirək ki, 44-cü dəqiqədə, "Qarabağ"ın hesabda 0:2 geridə olanda yarımmüdafiəçisi Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

"Köhlən atlar" günün ikinci görüşündə Çexiyanın "Viktoriya" (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.

"Qarabağ"ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC