Qızlarımız Avropa çempionatına Ermənistan millisini darmadağın edərək başlayıb

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin ilk qrup oyunu baş tutub. 

Presssport.az xəbər verir ki, A qrupunda qərarlaşmış millimizin ilk rəqibi Ermənistan seçməsi olub. 

Oyuna sürətli başlayan qızlarımız rəqibi 86:59 hesablı acı məğlubiyyətə uğradıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 6 ribaund) seçilib. 

Millimizin qrupdakı növbəti oyunu 10 iyul Bakı vaxtı ilə saat 12:30-da Gürcüstan yığmasına qarşı olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC