AVRO-2024: Bu gün ilk yarımfinal matçı keçiriləcək

Almaniyada təşkil olunan AVRO-2024-də bu gün yarımfinalın ilk oyunu keçiriləcək.

Presssport.az xəbər verir ki, günün tək matçı Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.

Pireneylilər 1/4 finalda ev sahiblərini mübarizədən kənarlaşdırıb. Fransızlar isə digər Pireney təmsilçisi Portuqaliyadan güclü olub.

Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında sabah Niderland və İngiltərə yığmaları üz-üzə gələcək.

9 iyul

23:00. İspaniya - Fransa

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Münhen. "Alyans Arena".

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC