"Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun" - türkiyəli baş məşqçi

Azərbaycanın 16 yaşadək qızlardan ibarət millisinin baş məşqçisi Evren Alkay Avropa çempionatının C divizionunun ilk matçında Ermənistan üzərində qazanılan qələbəni şərh edib.

Presssport.az xəbər verir ki, türkiyəli mütəxəssis Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında görüşə yüksək səviyyədə hazırlaşdıqlarını söyləyib: "Rəqibin hücumlarının qarşısını almağa çalışırdıq. Müdafiədə aqressiv oynadıq, rəqibə rahat oynamağa imkan vermədik. Hücumlarımızı məntiqi sonluqla başa vurmağı bacardıq. Ümid edirəm ki, nəticələrimiz uğurlu olacaq və çempionluq sevinci yaşayacağıq. Bu matçda qələbəyə inandıq və bunu bacardıq. Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun".

Xatırladaq ki, U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr yığmalarına qarşı keçirəcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC