"Sumqayıt"ın rəqibi milli üzvünü icarəyə götürdü

Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" heyətinə yeni futbolçu qatıb.

Presssport.az xəbər verir ki, Macarıstan təmsilçisi "Zalaeqerseq"dən Andras Husztu icarəyə götürüb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Macarıstan U-21 millisinin sabiq üzvü olan 23 yaşlı sağ cinah müdafiəçisi 2024/25 mövsümünü icarə əsasında "Fehervar"da keçirəcək.

Xatırladaq ki, “Sumqayıt” və “Fehervar” klubları arasında oyunlar iyulun 25-i və 31-də keçiriləcək.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC