"Qarabağ"dan "Viktoriya" üzərində qələbə

Avstriyada məşq toplanışında olan "Qarabağ" bu gün 2-ci yoxlama matçını keçirib.

Presssport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşıb.

Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionunun heyətində 22 və 44-cü dəqiqələrdə fərqlənən portuqaliyal yarımmüdafiəçi Leandro Andrade dubl edib. Rəqib komandanın yeganə qoluna isə 49-cu dəqiqədə Kristof Kabonqo imza atıb.

Xatırladaq ki, "köhlən atlar" günün ilk oyununda Almaniyanın "Kayzerslautern" klubu ilə görüşərək 1:3 hesablı məğlubiyyət alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC