AVRO-2024: İspaniya ilk finalçı oldu

Almaniyada təşkil olunan AVRO-2024-də ilk finalçı müəyyənləşib. 

Presssport.az xəbər verir ki, İspaniya və Fransa yığmaları arasında Münhendəki “Alyans Arena"da reallaşan matçda pireneylilər qələbə qazanıb - 2:1.

Görüşdə bütün qollar ilk hissədə vurulub. Hesabı 9-cu dəqiqədə fransızlardan hücumçu Kolo Muani açıb. 21-ci dəqiqədə yarımmüdafiəçi Lamin Yamal baxımlı qolla tarazlığı bərpa edib. İspanların qələbə topuna isə 25-ci dəqiqədə digər yarımmüdafiəçi Dani Olmo imza atıb.

Xatırladaq ki, İspaniyanın finaldakı rəqibinin adına bu gün saat 23:00-da start götürəcək Niderland - İngiltərə matçında aydınlıq gələcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC