Avropa Liqası: "Zirə"nin "Şerif”lə matçlar üçün iştirak ərizəsi açıqlanıb

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Rəşad Sadıqov iştirak ərizəsinə 22 oyunçunun adını daxil edib.

Qapıçılar: Anar Nəzirov, Tyaqo Silva, Səlim Həşimov

Müdafiəçilər: Mutsinzi Ange, Ruan Renato, Stefan Aka, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Qismət Alıyev

Yarımmüdafiəçilər: Eldar Quliyev, İsmayıl İbrahimli, Pyer Zebli, Martins Junior, Salifu Suma, Hacıağa Hacılı, Abbas İbrahim, Ceyhun Nuriyev, İssa Cibrilla

Hücumçular: Rüstəm Əhmədzadə, Rafael Utziq, David Volkov

Xatırladaq ki, "Şerif" və "Zirə" arasında ilk matç iyulun 11-də saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena"da saat 20:00-da keçiriləcək. 
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC