"Sabah"ın yeni transferi azarkeşlərə söz verdi: "Mümkün qədər qol çox vurmaq istəyirəm"

“Burda olmaqdan xoşbəxtəm. Yeni müqavilə bağladıq. Bu, mənim üçün yeni çağırışdı. Yeni komanda, yeni liqa, yeni oyunçular. Əsas hədəfim bu möhtəşəm komanda ilə yeni uğurlar qazanmaqdı".

Presssport.az xəbər verir ki, bu sözləri “Sabah”ın yeni transferi Pavol Şafranko klubun rəsmi saytına açıqlamasında deyib.

Paytaxt təmsilçisinə keçidindən danışan slovakiyalı hücumçu çox qol vurmaq istədiyini bildirib: "Düzünü desəm, mümkün qədər çox qol vuraraq komandama faydalı olmaq istəyirəm. Yeni komandamda mümkün olduğu qədər yüksək yerdə olmaq istəyirəm”.

Şafranko futbola gəlişindən və bəyəndiyi oyunçudan söz açıb: “Bəli, qardaşım da peşəkar futboludu - Jan Şafranko. Peşəkar futbolçu olmağımda onun da böyük rolu olub. Məşhurlardan güclü xarakteri və çalışqanlığı ilə ən çox bəyəndiyim oyunçu Kriştianou Ronaldodur”.

Təcrübəli futbolçu azarkeşlərə də müraciət edib: “Azarkeşlərimizə demək istərdim ki, stadiona gəlsinlər, yanımızda olsunlar. Söz verirəm ki, mən və komanda yoldaşlarım meydanda yaxşı nəticələr üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Xatırladaq ki, “Sabah” 29 yaşlı Şavranko ilə 2 illik müqavilə bağlayıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC