Felipe Santos yenidən Azərbaycan klubunda - RƏSMİ

“Araz-Naxçıvan” heyətini komplekləşdirmək istiqamətində transfer çalışmalarını davam etdirir.

Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisinin növbəti transferi Felipe Santos olub.

27 yaşlı braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildi. Santos “qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumda qoşulacaq. 

Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipenin son klubu İsrail “Hapoel Hayfa” olub. Karyerasına Vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb. O, “Maribor”dan sonra Azərbaycana gələrək ilk olaraq “Şamaxı”nın formasını geyinib, sonra “Qəbələ”də oynayıb. O, Muxtar Respublia təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin rəhbərliyi altında keçən il “Qəbələ”də çıxış edərək, Azərbaycan Kubokunun qalibi olub. 

Xatırladaq ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benny, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə,  Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC