"Qarabağ" Kadi üçün “Ferentsvaroş”dan daha yaxşı təklif göndəribmiş: "Furbolçu gəlmək istəyirdi, sadəcə, "Krasnodar" buna imkan yaratmadı"

“Biz Kadi üçün “Ferentsvaroş”dan daha yaxşı təklif göndərmişdik”.

Bunu “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev komandanın sabiq futbolçusu Kadi Borgesin Rusiyanın "Krasnodar" klubundan Macarıstan təmsilçisi "Ferentsvaroş"a transfer olunmasına münasibət bildirərkən deyib.

Klub rəsmisi futbolçunun “Qarabağ”la danışıqlar apardığını, Azərbaycana qayıtmaq istədiyini söyləyib:

“Kadi “Qarabağ”a gəlmək istəyirdi. Sadəcə, “Krasnodar” klubu buna imkan yaratmadı. Proses qısa müddət ərzində olmayıb. Futbolçu ilə uzun müddət danışıqlar apardıq. Kadinin heç bir etirazı yox idi. Lakin Rusiya klubu onu “Ferentsvaroş”a satdı”.

Qeyd edək ki, Kadi Borges 2023-cü ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a transfer olunmuşdu (report.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC