"Şerif" - "Zirə" matçı "CBC Sport"la canlı yayımlanacaq - yerindən şərhlə

Bu gün Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Şerif” - "Zirə" matçı “CBC Sport”la canlı yayımlanacaq.

Bu haqda Presssport.az-a adıçəkilən telekanalın baş redaktoru Şəmsəddin Abbasov məlumat verib. 

O, Moldovadakı matçın yerindən şərh olunacağını da diqqətimizə çatdırıb. Belə ki, şərhçi Süleyman Vəliyev bu məqsədlə zirəlilərlə birgə səfərə yollanıb.

Xatırladaq ki, Tiraspolda “Şerif” İdman Kompleksində keçiriləcək “Şerif” - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC