İlk peşəkar müqaviləsini "Şerif"lə imzaladı, bu gün "Zirə"ylə matçda debüt edə bilər

"Zirə" Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" növbəti transferini açıqlayıb

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi qanalı futbolçu Nana Kvame Boakye ilə müqavilə imzalayıb.

Ölkəsinin U-20 millisinin üzvü olan gənc oyunçu bu gün Tiraspolda "Şerif Arena"da baş tutacaq "Zirə" ilə oyunda debüt edə bilər. 

Nananın indiyədək karyerasını vətənində yeniyetmə və gənclərdən ibarət komandalarda keçirib. Bu, 18 yaşlı futbolçunun ilk peşəkar müqaviləsidi.

Xatırladaq ki, "Şerif" - "Zirə" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC