Avropada bu federasiya Qurban Qurbanovu baş məşqçi postuna namizədlər siyahısına daxil etdi

İrlandiya milli komandasına yeni baş məşqçi təyinatı olub.

Presssport.az xəbər verir ki, bu, islandiyalı mütəxəssis Heymir Hadlqrimsson olub. 

Bu barədə İrlandiya Futbol Federasiyası məlumat yayıb.

Hadlqrimssonun bunadək son iş yeri Yamayka millisi idi. 57 yaşlı mütəxəssis Lars Laqerbokla birgə AVRO-2016-da çıxış etmiş İslandiya millisinin də baş məşqçi olub.

Maraqlıdı ki, İrlandiyanın secondcaptains.com saytının yazdığına görə, Hadlqrimsson yanaşı, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, eləcə də Qustavo Poyet (hazırkı iş yeri Yunanıstan millisi) və İrlandiya millisinin əfsanəvi futbolçularından olmuş Roy Kin də namizədlər sırasında olub. Lakin yekunda seçim Hadlqrimssonun namizədliyi üzərində dayanılıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC