"Neftçi" Türkiyə Super Liqa klublarıyla qarşılaşacaq

“Neftçi” Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir. 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 8-də qardaş ölkəyə yollanan komanda üzvləri ertəsi gündə  etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə 2 dəfə məşqə çıxır. Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.

Qeyd edək ki, toplanış çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdıran “ağ-qaralar”ın ilk sınaq matçı iyulun 13-də Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”a qarşı olacaq. Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Super Liqa klubu “Sivasspor” olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC