Stolüstü tenniçlərimiz İsveçdə keçiriləcək Avropa çempionatına yollanıb

Azərbaycanın yeniyetmə stolüstü tennisçilərdən ibarət millisi növbəti Avropa çempionatında mübarizə aparacaq.

Presssport.az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılar bu gün yarışın təşkil olunacağı İsveçə yola düşüb.

Malmö sınaqlarında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Elşən Hüseynov 19 yaşadək komandalar arasında mübarizə aparacaq.

Şəbnəm Mansurova, Yağmur Məmmədli, Onur Quluzadə və Tunar Bağırov isə 15 yaşadək idmançıların mübarizəsində bacarığını göstərəcək.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə çempionatın oyunlarını idarə edəcək.

Onu da bildirək ki, iyulun 12-də start veriləcək yarışa ayın 21-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC