Rəşad Sadıqov tarix yazdıqları stadiona bu dəfə baş məşqçi kimi çıxır

“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında bu gün Moldovada qonağı olacağı "Şerif" avrokuboklarda təmsilçilərimizdən indiyədək yalnız "Qarabağ"ıa qarşılaşıb.

Presssport.az xəbər verir ki, bu, həm Avroliqada, həm də Çempionlar Liqasında ümumilikdə 3 duel olub.

Özü də Qurban Qurbanovun komandası hamısında cütün qalibi olub. Belə ki, Tiraspol təmsilçisiylə 5 matçın 3-də qalib gəlmişik, 1-də heç-heçəmiz, 1-də məğlubiyyətimiz olub (topların fərqi 7-3 ağdamlıların xeyrinə olub).

Maraqlıdı ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov 2017 və 2018-ci illərdəki qarşıdurmalarda hazırkı rəqibinə qarşı futbolçu oynayıb. 

2017-ci ilin avqustun 1-də “Şerif Arena”dakı matç isə Azərbaycan futbolunun tarixinə düşüb. Belə ki, onda cavab görüşündə 2:1 hesablı qələbə qazanan “Qarabağ” ilk dəfə ÇL-in pley-offuna yüksəlib və sonra həmin turnirin qrup mərhələsinədək irəliləyib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC