"Sumqayıt" yeni legionerin transferini açıqlayıb

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Klubun mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviç ilə müqavilə imzalanıb.

Bu gün Ankarada tibbi baxışdan keçən 30 yaşlı müdafiəçi ilə "1+1" illik anlaşma əldə olunub. Radoviç “3 nömrə”li formada çıxış edəcək.

Xatırladaq ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov və Fernando Medeyrosun keçidini rəsmiləşdirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC