Rəşad Sadıqov Tiraspoldakı qələbəni şərh etdi: "Cavab oyunu daha məsuliyyətli və çətin olacaq"

"Zirə”nin baş məşqçisi Rəşad Sadlqov “Şerif”ə (Moldova) 1:0 hesabı ilə qalib gəldikləri Avroliqanın I təsnifat mərhələsinin oyununu şərh edib.

Presssport.az xəbər verir ki, Tiraspoldakı oyundan sonra təşkil edilən mətbuat konfransında 42 yaşlı mütəxəssis qələbəyə baxmayaraq, cütün taleyi barədə danışmağın tez olduğunu deyib:

“Hər iki komanda üçün ağır oyun keçdi. Hesab edirəm ki, bu gün “Şerif” də qələbə qazana bilərdi. Yalnız birinci hissədə qələbə qazanmışıq, ikinci hissə isə Bakıda olacaq. Cavab oyunu daha məsuliyyətli və çətin olacaq. Komandalar həmin oyuna daha hazırlıqlı çıxacaq. Cütün qalibinin adına da məhz Bakıdakı oyunda aydınlıq gələcək”.

Sadıqov bu gün Moldovada havanın çox isti olduğunu və bunun da oyunlarına təsir etdiyini, matçda fiziki baxımdan daha hazırlıqlı olan komandanın qələbə qazandığını vurğulayıb 

O, moldovalı jurnalistin sualına cavab olaraq söyləyib ki, hazırkı “Şerif”lə 2021-ci Madriddə “Real”ı məğlub edən (2:1) “Şerif” arasında müqayisə aparmaq doğru olmaz: “Hazırkı komandanın o vaxtkı və indiki heyəti arasında fərq olsa da, indiki “Şerif” əvvəlkindən zəif deyil”.

Xatırladaq ki, "Zirə" ilə "Şerif" arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC