Voleybol Federasiyası Ağsu rayonunda seçimlər aparıb

Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Presssport.az xəbər verir ki, yeniyetmə və gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasinin iştirakı ilə Ağsu rayonunda seçimlər aparılıb.

O, rayonun 4 saylı orta məktəbində təşkil olunan 2008-2014-cü il təvəllüdlü oğlanların voleybol məşqlərini izləyib. Burda fərqlənən və müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatı aparılıb.

Onu da bildirək ki, seçilən yeniyetmələr daha sonra federasiya tərəfindən təşkil olunan düşərgələrə cəlb edilir. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC