"Sabah" - "Makkabi" oyununun biletləri bu gün satışa çıxarılacaq

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – "Makkabi" (Hayfa, İsrail) qarşılaşmasının biletləri bu gün, saat 19:00-dan etibarən satışa çıxarılacaq.

Presssport.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyənlər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilər.

"Bank Respublika Arena"nın kassalarında və başqa satış məntəqələrində bilet satışına qarşıdakı günlərdə başlanılması nəzərdə tutulub. Biletlərin qiymətləri yerlərə görə 2-10 manat aralığında dəyişir.

Xatırladaq ki, “Sabah” – "Makkabi" matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Oyuna gecikən tamaşaçılar (1-ci hissə bitəndən sonra) stadiona buraxılmayacaq. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qadağandır.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC