I Liqa klubu AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırılıb

Ötən mövsüm I Liqada mübarizə aparmış "İrəvan"la bağlı qərar verilib.

Presssport.az xəbər verir ki, adıçəkilən klub AFFA-nın bayrağı altında təşkil olunan bütün yarışlardan uzaqlaşdırılıb. 

Bu barədə AFFA-nın baş icraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib. O, əsas səbəblərdən birinin maliyyə ilə bağlı olan qeyri-stabillik və danışılmış oyunlar olduğunu söyləyib: "İrəvan"ın 8 futbolçusunun adı bu məsələdə hallanırdı. Adıçəkilən klubun əvəzinə hansı komandanın olacağına gəlincə, PFL-lə birlikdə danışıqlar aparılacaq və yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, “İrəvan” 2023/24 mövsümünü 27 xalla 7-ci pillədə başa vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC