Şükürov baxışdan keçirdiyi legionerlə bağlı hələ yekun qərar verməyib: "Ona fərqli mövqedə baxdıq, növbəti dəfə..."

“Hazırlığımız plan üzrə gedir. Əvəzedici heyətdə olan oyunçulara daha çox diqqət yetiririk. Onları Gəncə futboluna qazandırmağa çalışırıq. "Turan Tovuz"la yoxlama matçında da əsasən əvəzedici heyətdən və keçən mövsümdə orda olub daha çox bizdə məşq edən futbolçuları nəzərdən keçirdik. Yeni transferimiz Kərim Lkoçanı da bir az oynadaraq baxdıq. Digər yeni legionerimiz Lassana Ndlaya da artıq gəlib, bizimlə məşlərə başlayıb".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib. 

O, güclü rəqiblə matçda qarşılaşmağın faydasından danışıb: "Ümumi fikir formalaşdıra bildik ki, komandamızda vəziyyət nədi. ”Turan Tovuz"la oynamağım da çox yaxşı oldu. Çünki güclü rəqiblə matçda bizi qarşıda hansı çətinliklər gözlədiyini də gördük. Matç da onu göstərdi ki, komandamızı gücləndirməyə ehtiyac var, heyətdə yaxşı futbolçuların sayı artırılmalıdı".

Şükürov yoxlanışda olan legionerə də baxdıqlarını vurğulayıb: “İmişli"dən icarədən qayıdan futbolçumuz Ezekyel Morqana da baxmaq istədik. Onu fərqli mövqedə oynatdıq. Əsas mövqeyi dayaq yarımmüdafiəçidi, onu stopper mövqeyində yoxladıq. Ümumilikdə pis təsir bağışlamadı. İnşallah, növbəti dəfə ona dayaq yarımmüdafiəçisi mövqeyində də baxmaq istəyirk. Gələn yoxlama oyunumuzda ona öz mövqeyində şans verəcəyik. Bundan sonra barəsində yekun verəcəyik".

Xatırladaq ki, “Kəpəz” “Turan Tovuz”dan sonra Qəbələyə növbəti yoxlama oyunu keçirmək üçün iyulun 15-də yollanaraq saat 17:30-da “Şamaxı”yla qüvvəsini sınayacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC