Abasov qələbəyə önəm vermədi: "Əsas olan odur ki, artıq oyunçularım...

"Artıq Qızılcahamamdakı hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq. Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik. Bununla yanaşı, fiziki hazırlıqlarımız da davam edir. Bugünkü yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik". 

Presssport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Türkiyə I Liqası təmsilçisi "Gənclərbirliyi"nə 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubunun mətbua xidmətinə açıqlamasında deyib. O, nəticənin vacib olmanasına toxunub:

“Keçən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıb. Amma üzərində işləməli olduğumuz məsələlər var və bunları bilirik, bu yöndə məşqlərə davam edəcəyik”.

Xatırladaq ki, Qızılcahamam toplanışında daha bir yoxlama oyunu keçirəcək “Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” klubuyla ilk görüşünə iyulun 25-də evdə çıxacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC