İmmobile İstanbulda - "Beşiktaş" "Latsio"dan 2,5 milyona transfer etdi

“Beşiktaş” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Presssport.az xəbər verir ki, İstanbul təmsilçisi "Latsio"dan Ciro İmmobileni transfer edib.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı italiyalı forvard artıq Türkiyədədi və Atatürk Hava Limanında "Beşiktaş" azarkeşləri tərəfindən coşqu ilə qarşılanıb. 

Çiro ibbi müayinədən keçdikdən sonra onunla 2 illik müqavilə imzalanacaq. "Beşiktaş" bu transfer üçün Roma klubuna 2,5 milyon avro təzminat ödəyəcək.

Onu da bildirək ki, İmmobile 2016-cı ilin yayından "Latsio"da çıxış edirdi. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 340 rəsmi matçda 207 qol və 54 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu "Siena", "Yuventus", "Qrosseto", "Peskara", "Cenoa", "Torino", "Borussiya" (Dortmund) və "Sevilya"nın da formasını geyinib. Çiro Almaniya Super Kubokunun, 2 dəfə İtaliya Super Kubokunun və İtaliya millisi ilə AVRO-2020-nin qalibi olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC