"İspaniya yığması finalın favoritidi" - Sautqeytin səmimi etirafı

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün bugünkü finalında İspaniya yığmasıyla oyunöncəsi fikirlərini açıqlayıb.

Presssport.az xəbər verir ki, ingiltərəli mütəxəssisin fikrincə, rəqibi bu turnirdə göstərdikləri oyuna görə favorit hesab etmək olar: “Onlar ən yaxşı komanda olub. İspaniyanın hazırlaşmaq üçün daha bir günü olub. Bu, final üçün böyük amildi. Buna görə bərpa olmaq üçün fürsət tapmalıyıq”.

Sauqteyt hesab edir ki, taktiki cəhətdən mükəmməl olmalıdırlar: "Çünki İspaniya yığması çox yaxşı komandadı. Amma biz də finaldayıq”.

Xatırladaq ki, Berlindəki Olimpiya Stadionundakı final görüşünə Bakı vaxtilə saat 23:00-da start veriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC